ƏMƏL1 is. [ər.] İş, feil. Onun sözü ilə əməli düz gəlmir. - [Cənnətəli ağa:] Onu bura çağır görüm, bu nə əməldir, mənim başıma gətirir. N.Vəzirov.
İcra, yerinə yetirmə. □ Əməl etmək (eləmək) - yerinə yetirmək, icra etmək, riayət etmək. Göstərişə əməl etmək. Təlimata əməl etmək. Həkimin göstərişlərinə əməl etmək. - Vaizi-şəhr öz iqrarına etsəydi əməl; Düşməz idi bu qədər din ilə dünyayə xələl. S.Ə.Şirvani. Sözlərinə əməl eləməyənə lənət! N.Vəzirov. Zeynal.. Mehriban və onun atasına verdiyi sözlərin heç birinə əməl etməyirdi. S.Hüseyn. Əməl olunmaq (edilmək) - yerinə yetirilmək, riayət edilmək, icra olunmaq. Qaydaya əməl olunur. Əmələ gəlmək - 1) baş vermək, meydana gəlmək, doğulmaq, törəmək, hasil olmaq. Bataqlıq durğun sudan əmələ gəlir. - Rəngarəng güllükdə, çəmənlikdə hamar və naxışsız bir ağlıq, bir düzənlik əmələ gəlmişdi. S.Rəhimov; // mümkün olmaq, başa gəlmək, həyata keçmək. Əmələ gələn şey deyil; 2) kökəlmək, yaxşılaşmaq, qıvraqlaşmaq, düzəlmək. Buzov süd əmə-əmə əmələ gəldi. O, kurortdan sonra əmələ gəldi. - Arvad məsləhət gördü ki, quzunu ötürsünlər, bir neçə vaxt bağçada otlasın, əmələ gəlsin. C.Məmmədquluzadə. Əmələ gətirmək - 1) həyata keçirmək, yerinə yetirmək, icra etmək. [Hacı Mehdi:] Bir təvəqqəm var, amma qorxuram, əmələ gətirə bilməyəsən. Ə.Haqverdiyev. [Lütfəli bəy:] Gözlərinə dönüm, .. gör necə mənim xahişlərimi əmələ gətirir? İ.Musabəyov; 2) düzəltmək, vücuda gətirmək, təşkil etmək. [Əntiqənin] özünün də qara, şəvə kimi saçları uzun və qalın bir hörük əmələ gətirmişdi. Mir Cəlal. Rəftar, hərəkət, iş. Əməlləri ilə hamını özündən incitdi. Əz əməlinə görə cəzasını alacaqdır. - Elm insanlara eyni zamanda onların əxlaqını, rəftarını və əməlini yaxşılaşdırmaq üçün təcrübədən keçirilmiş bir vasitədir. M.F.Axundzadə. Sənə cəza verən əməllərindir. M.Rahim. [Salmanova] Cumanın .. bütün əməllərini gözünün içinə deyəcəkdi. Ə.Əbülhəsən. məc. Hiylə, kələk, biclik mənasında. Bu sənin əməlindir. - Xalq bir-bir gedib öpürlər əlin; Anlamaz kimsə hiyləsin, əməlin. A.Səhhət. Bir neçə kazak əsgərləri də onların dalınca gedirlər ki, görsünlər bu nə əməldir. C.Məmmədquluzadə. Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun. Ə.Haqverdiyev. Hesabda tətbiq edilən əsas qayda. Hesabda əsas dörd əməl var: cəmləmə, çıxma, vurma, bölmə. □□ Əməli azmaq - pozğunlaşmaq, yoldan çıxmaq, həddini azmaq. Əməli ayağına cidar olmaq - gördüyü işin cəzasını çəkmək, pis nəticəsini görmək. Paylaşın - Hamı bilsin
|