İzahlı lüğət

ƏMƏLİ

sif. 1. İcrası (tətbiqi) lazım olan, həyata keçirilməli olan; işgüzar, praktik. Əməli təklif Əməli iş. - Mən dərhal onunla əməli söhbətə başladım. M.S.Ordubadi.
Sırf nəzəriyyəyə, elmə aid olmayıb işlə, əməliyyatla, təcrübə və tətbiq ilə də bağlı olan; tətbiqi, praktiki. Aktyor sənətinin əməli məktəbi. Əməli işin elmi tədqiqat işi ilə əlaqələndirilməsi. Lüğətçiliyin nəzəriyyəsini bilmək kifayət deyil, onun əməli cəhətini də bilmək vacibdir.
Yalnız sözlə deyil, işlə, əməllə olan. ..Zavodun kollektivi respublikanın bəzi uşaq evlərinə hamilik edərək, onlara əməli yardım göstərir.
□□ Əməli katib - cari yazı işlərini aparan katib; kargüzar. Daldaya gələndə isə, əziz dostu, arası saz olduğu əməli katibin dediklərini xatırlardı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed