ƏMƏLİYYATis. [ər. “əməliyyə” söz. cəmi] 1. Müəyyən bir məqsəd güdən və bir-biri ilə əlaqəli olan işlər. Təmizləmə əməliyyatı. - Qulu Bəhramın vasitəsilə bəzi əməliyyat yapmaq fikrində idi. Çəmənzəminli.
tib. Bəzi xəstəliklər, yaxud yaralanmalar zamanı müalicə məqsədi ilə bədənin hər hansı bir yerində icra edilən cərrahlıq işi. Cərrahlıq əməliyyatı. Plastik əməliyyat. Müharibədə bir məqsədi, tapşırığı yerinə yetirmək üçün aparılan döyüş işləri. Hərbi əməliyyat. Hücum əməliyyatı. Mühasirə əməliyyatı. Quruya qoşun çıxarma əməliyyatı. - ..Dəstə .. əməliyyatdan qayıdıb dincəlməkdə idi. Ə.Əbülhəsən. Müharibə dövründə toplarımız hücum əməliyyatının carçısı olmuşdur. (Qəzetlərdən). Maliyyə, ticarət idarəsinin gördüyü işlərin məcmusu. Bank əməliyyatı. Kredit əməliyyatı. Mal mübadiləsi əməliyyatı. Birja əməliyyatı. Paylaşın - Hamı bilsin
|