
ƏMƏLSİZsif. Sözünə, vədinə əməl etməyən, yaxud bir şeyə inandığı halda, onu yerinə yetirməyən, ona əməl etməyən. Əməlsiz nəsihətçi. Əməlsiz adam. // Əməli əhəmiyyəti olmayan, həyata keçməyən. Əməlsiz sözdə fayda olmaz. (Ata. sözü). // Dini ehkama sözdə inanıb, işdə onları yerinə yetirməyən, onlara əməl etməyən. Əməlsiz müsəlman. - Məni yarsız görmə, mənim pərim var; Əməlsiz deyiləm, haqdan karım var. Aşıq Rəcəb.
Paylaşın - Hamı bilsin
|