ƏMİNsif. [ər.] 1. Qorxusuz, xətərsiz, etibarlı, dinc, sakit. Əmin yol. Əmin yer.
Tamamilə xatircəm, arxayın, qane. Bu işin baş tutacağına biz əminik. - [Məhərrəm:] Mən əminəm ki, Səriyyə heç vaxt razı olmayacaq və Rüstəmdən ayrılmayacaq. Cabbarlı. Izzət qarı əmin idi ki, .. o gülün kökünü qazıb çıxarmaq lazımdır. Ə.Məmmədxanlı. □ Əmin etmək - inandırıb rahat etmək, tamamilə inandırmaq, xatircəm etmək, arxayın etmək, inandırıb qane etmək. Mən sizi əmin edə bilərəm ki, o yazıq gənc təmiz bir adamdır. M.S.Ordubadi. Budur, mən səni öz tərəfimdən əmin edirəm.. Nəzərli. Əmin olmaq - tamamilə inanmaq, inanıb rahat olmaq, xatircəm olmaq, arxayın olmaq. Siz buna əmin ola bilərsiniz. Mina cavab verdi ki, əmin olunuz, əzizim! İ.Musabəyov. İnanılacaq, inanıla bilən, düz, etibarlı. Əmin adam. Paylaşın - Hamı bilsin
|