ƏMMA[ər.] 1. Bax amma. Şeir bir zivərdir, əmma biz kimi naqislərə; Ol ki naqisdir, onu möhtaci-zivər qılmamış. Füzuli. Çox kimsənin əgər ki kəsibdir qərarını; Əmma mənim təki o gülün biqərarı yox. S.Ə.Şirvani.
2. Bir şeyə mane olan, əngəl törədən keyfiyyət, hal, səbəb. Burada bir balaca əmma var. - Yusif huşi-guşinən qulaq asıb gördü: adə, deyəsən, burda bir əmma var. (Nağıl). Bəs bu gözəllikdə otaqları beş yüz manata alanda demədinmi bunun əmması var? Mir Cəlal. □ Əmması çıxmaq (olmaq) - 1) nöqsanı, əgər-əskiyi olduğu məlum olmaq; sonradan xatası çıxmaq, əngəli çıxmaq. Paylaşın - Hamı bilsin
|