ƏMNİYYƏis. [ər.] İranda: jandarm, polis (məmuru). Bir anda əmniyyələr soxuldular otağa; Hamısı çəkib birdən tüfəngləri ayağa. S.Rüstəm. Ərdəbildə Hikmət Isfahaninin kəndlərindən birində kəndçilər üsyan edib əmniyyəni öldürmüşlər. M.İbrahimov. // Polis idarəsi, jandarm idarəsi.
Paylaşın - Hamı bilsin
|