
ƏMTƏƏis. [ər. “məta” söz. cəmi] iqt. kit. Mübadilə üçün istehsal edilən əmək məhsulları; mal. Əmtəə insanın hər hansı bir ehtiyacını təmin edən, habelə başqa şeyə dəyişdirilən şeydir. - [Ömər Lütfi:] Şəhərdə olan bütün əmtəə təcili surətdə ixrac edilməlidir. H.Nəzərli. □ Əmtəə dövriyyəsi iqt.
malların xalq təsərrüfatında dövr etməsi. Şəhərlə kənd arasında əmtəə dövriyyəsinin artması. Əmtəə istehsalı iqt. - səciyyəvi xüsusiyyəti, alğı-satqı yolu ilə mübadilə üçün məhsul istehsal etməkdən ibarət olan ictimai istehsal. Əmtəə mübadiləsi iqt. mal mübadiləsi, mal dəyişmə. Beynəlxalq əmtəə mübadiləsi. Paylaşın - Hamı bilsin
|