ƏMZİKis. 1. Sormaq üçün körpə uşağın ağzına verilən içiboş rezin borucuq. Uşağa əmzik ver, ağlamasın. - [Xarrat:] Uşaqlar əmziklə bəslənirdilər.. T.Ş.Simurq. Qaragöz körpələri sakit edib əmzik vermiş, nənniyə salmışdı. M.İbrahimov.
2. İçində süd, çay və s. olan şüşənin ağzına keçirilən deşikli rezin borucuq. Əmziyin südünü boşaltmaq. Paylaşın - Hamı bilsin
|