İzahlı lüğət

ƏNCAM

is. [fars.] 1. Son, axır, nəhayət, nəticə. Hər işi əncamı ilə ölçərlər. Əncamı xeyir olsun (axırı xeyir olsun). □ Əncam qılmaq (vermək) - sona vardırmaq, nəticələndirmək. [Böyükxanım:] Allah rizasına, bizi dil-dişə salma! İşlərə əncam verginən! M.S.Ordubadi. Əncam tapmaq - sona varmaq, nəticələnmək. [Ağamərdan:] Amma Zeynəb xanım gərək mənim hər sözümə, hər tədbirimə əməl etsin ki, bu iş əncam tapa. M.F.Axundzadə.
2. Kömək, vasitə, yol, tədbir. □ Əncam etmək (çəkmək) - həllinə, başa gəlməsinə, qaydaya düşməsinə kömək etmək, çıxış yolu tapmaq, tədbir görmək. İndi naxoşdu milləti-islam; Ona lazımdır eyləmək əncam. S.Ə.Şirvani. [Aslan bəy:] Sən ehtiyatlı ol, mən özüm bu işə əncam çəkərəm, - dedi. A.Şaiq. [Hacı Murad:] Məhərrəm bəy gəlsin, görək işə nə əncam çəkirik. S.S.Axundov. Əncama qoymaq (salmaq) - yoluna qoymaq, yoluna salmaq, qaydaya salmaq. Məktəb işlərini əncama saldınmı? O, Tütünçüoğlu və Həsənağanın vasitəsilə hər bir işi əncamına salmışdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ƏH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed