
ƏNCİRis. [fars.] İçində xaş-xaş kimi xırda tumları olan ətli, şirin, yumşaq qabıqlı, yumru meyvə. Əncir mürəbbəsi. Əncir doşabı. Əncir ağacı. Əncir qurusu (qurudulmuş əncir). - [Molla] gedib, var-yox pulunu verib bir səbət yaxşı əncir alır, aparır Teymura. “M.N.lətif.” Bir-iki dəqiqədən sonra böyük bir əncir ağacının yanından, haman şəhərdən tanıdığım Əhmədin çıxdığını gördüm. T.Ş.Simurq. // Həmin meyvənin ağacı. Əncirin altında oturmaq.
Paylaşın - Hamı bilsin
|