ƏNDAMis. [fars.] 1. Bədən. Qaşı, gözü, əndamı, təmamən əl-ayağı; Hər bir sənəmin başına yüz naz kimindir? M.V.Vidadi. Uşağın əndamına quru xına sürtməyə başlardılar. H.Sarabski.
2. Boy, qədd, qamət, boy-buxun, bədən quruluşu. Əndamı olduqca düzgündür. Bunların şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar gözləri vardır. M.S.Ordubadi. □ Əndamın yansın (açılsın), əndamı yanmış (açılmış) - qarğış ifadəsi. Anası Gülpərinin təpəsinə iki əlli qapaz vurub deyərdi: - Əndamı açılmış, bir bax, gör uşağı nə günə salmısan! H.Sarabski. Əndamına lərzə düşmək - titrəmək, əsmək (qorxudan). Paylaşın - Hamı bilsin
|