
ƏNGƏLLİ sif. Əngəli olan, çətin, dolaşıq, cəncəl, xatalı. Əngəlli məsələ. Bir əngəlli iş vardı. - [Müsafir:] Heç zərər yox, burax asılsınlar; Daha əngəlli bir xəbər var, əvət! H.Cavid. Mahrunun mənə qarşı nə kimi vəziyyət alacağı, doğrudan da, bir az əngəlli və maraqlı məsələ idi. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|