
ƏNGİNLİKis. şair. Genişlik, vüsət, açıqlıq; dənizin sahildən uzaq nöqtələri. Yadımdadır, mən uzun zaman daş bənd üzərində oturub qaldım, heyran-heyran dənizin qaranlıqda itən ənginliklərinə baxdım. Ə.Məmmədxanlı. Midhət göylərə baxdı. Ovçu gözləri göyün ənginliklərini seçir, sirli və dərin havanın içinə girə bilirdi. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|