
ƏNVAis. [ər. “növ” söz. cəmi] Cürbəcür, növbənöv. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülğülə salırlar. M.F.Axundzadə. Nökər Səfi stolun üstünə boşqablar və ənva məşrubat düzür. Ə.Haqverdiyev. □ Ənvai-müsibətlə - çox çətinliklə, çox böyük əziyyətlə. Min ənvaimüsibətlə qayaya dırmaşdı. “Koroğlu”. Kişi ənvai-müsibətlə qapının qıfılını sındırar və açardı. H.Sarabski.
Paylaşın - Hamı bilsin
|