
ƏQİDƏLİ sif. Müəyyən əqidəsi, məsləki olan, bir şeyə möhkəm inanan; əqidəsində, məsləkində, etiqadında möhkəm olan. ..Sizin nəcib ürəkli və yüksək əqidəli bir adam olduğunuzu görürəm. M.İbrahimov. // Müəyyən əqidəni, məsləki, dünyagörüşünü təbliğ edən, yayan. Mütərəqqi ictimai əqidəli ədəbiyyat tələbini böyük yazıçımız klassik mənada şərh edir. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|