
ƏQRƏB1 is. [ər.] 1. zool. Quyruğunun ucunda zəhərli iynəsi olan onurğasız həşərat. Əqrəb sancması. Hər daşı qaldırırsan, altından əqrəb çıxır. Əqrəb zəhərli olur. Hər kəs məndən sənə yaman qandırsa; Ya əqrəb dişləsin, ya ilan, pərim! Aşıq Abbas.
Qədim astronomiyada: on iki bürcdən birinin adı. Əqrəb bürcü. - Xəbər verdi ki, sabah yola çıxmaq olmaz, çünki sabah qəmər Əqrəbdədir. C.Məmmədquluzadə. məc. Gizlindən pislik edən müzür adam haqqında. Sən ki bir əqrəb imişsən, gerçək; Bu zəhərlər, bu tikanlar nə demək. H.Cavid. Basma ayağını bizim torpağa; Ilandan, əqrəbdən yar ola bilməz. S.Vurğun. Paylaşın - Hamı bilsin
|