
ƏQRƏB2 is. [ər.] Saat, kompas və sairədə öz oxu ətrafında fırlanıb müəyyən işarəni göstərən mil. Saat əqrəbi. Saniyə əqrəbi. Kompasın əqrəbi. - ..[Vaqif] qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi. Çəmənzəminli. Saatın əqrəbləri on ikiyə yaxındır. Qucaqlaşaq, ayrılaq. Yaxın dur! R.Rza.
□□ Əqrəb əqrəb üstündə - saatın tam 12 olduğunu göstərən ifadə; // bəzən tam vaxtında mənasında. Nazir.. müşavirənin sabah saat onda əqrəb əqrəb üstündə, .. öz yanında davam edəcəyini bildirdi. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|