
ƏQVAMis. [ər. “qövm” söz. cəmi] kit. 1. Tayfalar, qövmlər. Vətəndaşlarımın bu tərəqqi zamanında, bu telefon və elektrik əsrində ki, - sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar, - geridə qalmaqları .. məni heyrətə saldı. F.Köçərli. // Tayfa.
Qohumlar, qohum-əqrəba. Ona görə bu şəxs nəinki .. öz əqvamının, bəlkə cəmi şəhər əhlinin əlindən getdi. Ə.Haqverdiyev. Ağanın özünün və əqvamının salamatlığı təmin olunmalıdır.. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|