
ƏR-ARVAD is. Kişi ilə arvadı bir yerdə. Ər-arvad bizə qonaq gəlmişdilər. Ər-arvad çox yaxşı yaşayırlar. - Nəhayət, ər-arvad yorulur və daş kimiyıxılıb yatırlar. S.Rüstəm. Ər-arvad belə qərara gəlmişdilər ki, Həmzə gizlənməyib hərdən lap bazara da çıxsın, kəndlərə gedib tanış-bilişinə də baş çəksin.. Ə.Əbülhəsən. Ər-arvad ha fikirləşdilər, qulluğa olan ümidlərini söndürə bilmədilər. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|