ƏRƏBis. 1. Ön Asiyada və Şimali Afrikada yaşayan, sami dilləri qrupuna daxil olan xalq və bu xalqa mənsub adam. Ərəb dili. Ərəb xalqı. Ərəb ölkələri. - Türk, hindu, ərəb, əcəm bilməz; Nuri hər yanda artar, əskilməz. H.Cavid. Haqq yolunda mübarizə şüarıyla çıxdın yola; Ərəb qızı, bu əzmində sənə min-min uğur ola! N.Rəfibəyli.
2. məc. Qara adam, zənci mənasında. Bu lap ərəbdir ki. □□ Ərəb atı - xüsusi cins, əla minik atı. Səyirtdi düzlərdə ərəb atları; Ayaqlar altında insan başları. S.Vurğun. Ərəb rəqəmləri - Rum rəqəmlərinə qarşı olaraq indi işlənməkdə olan rəqəmlər (1, 2, 3 və s.). Ərəb rəqəmləri qədim vaxtlarda heç bir millət arasında mütədavil deyildi. F.Ağazadə. Paylaşın - Hamı bilsin
|