ƏRİMƏKf. 1. Hərarətin təsiri ilə bərk, yaxud donmuş haldan maye halına keçmək; ərgin hala gəlmək. Qar əriyir. Yağ əriyir. Dağ başında qala var; Əriməyib hələ qar. (Bayatı). Ocağın yaxınlığındakı qar yığınları yavaş-yavaş əriyirdi. Ə.Vəliyev. Əridi, töküldü hər tərəfdə qar; Söylədim, xoş gəldin, bahar, ay bahar! M.Dilbazi. // Yanaraq azalmaq. 0am əriyir. - Eləmi yağ əridi;
Piltədə yağ əridi. (Bayatı). [Turxan bəy:] Bir şam yanıb, əriyib də sönmək üzrə ikən. Xəyala sığmaz bir şiddət göstərir. H.Cavid. Məhlulun içində həll olmaq. 0əkər çayın içində əridi. Duz suyun içində əridi. Toz dərman məhlulun içində əridi. məc. Arıqlamaq, zəifləmək, sınıxmaq. Xəstə gündən-günə əriyir. Yazıq bir həftənin içində əridi. - Qarı baxdı ki, əvvəlki şahzadə Mütalibdən bir ad qalıb. Elə əriyib ki, lap elə bircə quru nəfəsdi, gedir, gəlir. (Nağıl). [Böyükxanım:] Dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur. M.S.Ordubadi. [Çəpəl:] Qız, bu nə gündür, sınıxıb əriyibsən? Mir Cəlal. Əriyib çöpə (muma, şama) dönmək, əriyib mum (çöp) olmaq - son dərəcə arıqlamaq. Axır bu eşq odundan; Əriyib mum olmuşam. (Bayatı). [Mirzə Turab:] Mən sizin dərdinizi çəkməkdən əriyib çöpə döndüm. Talıblı. [Yaqub] burada onsuz da əriyib şama dönmüşdü. S.Vəliyev. Şam (mum) kimi ərimək - gündən-günə arıqlamaq. məc. Utanmaq, xəcalət çəkmək. Heç ərimirsən? Sənin yerinə mən əriyirəm. -Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən. S.Vurğun. məc. Yavaş-yavaş yox olub getmək, çəkilmək, çəkilib-getmək, itib-getmək, duyulmaz olmaq. Zülmət əridi. Qaranlıq əriyir. - Qanadlar yavaş-yavaş əriyib axırda tamam yox oldular. “Koroğlu”. Hamı sakit durub xortdanın əriyib məhv olmasını gözləyirdi. B.Talıblı. Gecənin nə cür əridiyindən xəbər tutmayaraq birdən səhərin soyuq nəfəsini hiss etdik. Ə.Məmmədxanlı. məc. dan. Ürəyinə yatmaq, ləzzət almaq, həzz almaq, valeh olmaq. məc. dan. Cürbəcür yollarla işə verilmək, satılmaq. Bu yollarla çox mallar əridi. Paylaşın - Hamı bilsin
|