
ƏRİŞTƏis. [fars.] 1. Nazik-nazik kəsilib qurudulmuş xəmir parçalarından ibarət məmulat. Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. (Ata. sözü). Dilbərpəncərə arasına qoyulan məcməyidəki əriştəni götürüb ocaq üstündə pıqqapıqla qaynayan qazana tökdü. Ə.Sadıq.
2. Bu xəmir parçalarından bişirilən sulu xörək, şorba. Əriştə şorbası. □□ Əriştə doğramaq məc. - bir işi görmək üçün gizli hazırlıq aparmaq. Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir. (Ata. sözü). [Səfər:] Indi [Həmzə və Çimnaz] əriştə doğrayırlar, amma qız heç razı deyil. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|