İzahlı lüğət

ƏRİTMƏK

f 1. Hərarət təsiri ilə bərk, yaxud donmuş halda olan şeyi maye halına salmaq. Yağ əritmək. Qır əritmək. Mumu əritmək. Qurğuşunu əritmək. Buzu əritmək. [Xoca Əziz] ocağı asıb qır-saqqızı tökdü tiyana, əridib elədi mum kimi. “Koroğlu”. Dağda ərit qarları; Bağda ərit qarları. M.Ə.Sabir. Qərənfil xala yağı əritmək üçün sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev. Həzm etdirmək, həll etmək. Istisu xörəyi yaxşı əridir. - [Bürcəliyev:] Əritməkdə, həzmə verməkdə bu Ağbulaq turşsuyunun əsla misli-bərabəri yoxdur. S.Rəhimov. İşə getməyən malı cürbəcür yollarla işə vermək, satmaq. Köhnədən qalan malları əritmək. - O, möhkəm inanır ki, iki ton buğdanı lap iki həftədə əridər. “Kirpi”.
məc. Arıqlatmaq, üzmək; arıqlamasına, zəifləməsinə, əldən düşməsinə səbəb olmaq. Nola qeyrət atəşi canım əritsə mum tək. Füzuli. Gürşadı əridən araqla papiros idi. Ə.Vəliyev.
məc. Utandırmaq. Sözlərim onu utandırıb əritdi.
məc. Yavaş-yavaş batırmaq. Gözümdən günlər keçir əsrlərə bərabər; Zülmətləri əridən, qaynar şəfəqli günlər. R.Rza. Tiflis üzərində boranlı bir qış günü qanadlarını geniş açıb, ətrafı qəmgin bir yalqızlıq içində əridirdi. M.Hüseyn.
məc. Hiss edilmədən keçirmək. Sonralar o, gecələrini bu çırağın işığında əridər və sübhə kimi kənddə yalnız bu pəncərədən işıq çəkilməzdi. Ə.Məmmədxanlı.
dan. Xərcləmək, korlamaq, israr etmək (əsasən pul haqqında). Varis hər dəfədə uduzmağa və pulları əritməyə başladı. A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ƏL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed