
ƏRİZƏÇİis. 1. Ərizə verən, ərizə ilə müraciət edən adam; şikayətçi. Ərizəçi öz ərizəsinə imza etdi. Ərizəçilərin qəbulu. [Eşikağası:] Qədir bəy, ərizəçiləri növbət ilə qabağa gətir. M.F.Axundzadə. [Kəndli:] Hövsələli ol, a kişi, gəlin bu tərəfə, elə biz də sizin tək ərizəçiyik. P.Makulu.
2. köhn. Keçmişdə pulla ərizə yazan adam. Paylaşın - Hamı bilsin
|