ƏRKANis. [ər. “rükn” söz. cəmi] top.
Yüksək vəzifəli dövlət məmurları, dövləti idarə edən adamlar. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. M.F.Axundzadə. Hökumət ərkanının ciblərini doldurmaq sayəsində Iskəndər bəy dağlarda padşahlıq edirdi. Ə.Haqverdiyev. [Hacib:] Alp Arslan ətrafını saran saray ərkanı və ordu ilə bərabər gələr. H.Cavid. 2. məc. dan. Ədəb qaydaları; rəsm, adət. Hər kəsin ərkanı var; Oduna gedənin örkəni. (Ata. sözü). Bu necə adətdir, necə ərkandır? M.P.Vaqif. Adam var ki, yol, ərkanı bəyənməz. Aşıq Abbas. Paylaşın - Hamı bilsin
|