İzahlı lüğət

ƏRLİK

is. 1. Ərin öz qadınına olan münasibəti, vəzifəsi, haqqı. Onun ərliyindən nə olacaq? Ərliyə qəbul etdi. - [Şah Abbas:] Əgər sizdən hər biriniz .. Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah oxutdurram. M.F.Axundzadə. ..Müqim bəy getdikcə Zərrintac xanımın ərliyindən tamamilə çıxıb, .. saqqalı taxıl tozuna bulanmış darğalarından birinə çevrilirdi. S.Rəhimov.
Mərdlik, qoçaqlıq, namusluluq. Ərlik göstərmək. - Bəylərimizə dəmirdonlu deyərlər; Daim içimizdə ərlik işlənir. “Koroğlu”.
sif Ərə getmək vaxtı çatmış. Ərlik qız. Ərlik vaxtı (qızın ərə getmə vaxtı, həddibüluğa çatdığı vaxtı). - Dilşadın .. təşkilata girməsi, ərlik qız ikən oğlanlarla gəzməsi bütün bunlar Kərbəlayı Əzimin boynuna vəzifə qoyur. T.Ş.Simurq. Ərlik yekə qızdır, deyirəm, get ərə, getmir. Ə.Nəzmi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed