İzahlı lüğət

ƏRSƏ

is. [ər.] 1. Meydan, açıq yer, boş yer; düzən. Bir ərsədə hər əsər ki gördüm; Sənsən deyib ol əsər, yügürdüm. Füzuli. Mahi-rəmazandır, yenə meydan da bizimdir; Meydan da bizim, ərsədə cövlan da bizimdir. M.Ə.Sabir.
□□ Ərsəyə gəlmək - meydana gəlmək, ortalığa çıxmaq. Bir cavan təzədən gəlib ərsəyə; Əcayib oğlandır, adı Məhəmməd. M.P.Vaqif.
2. Kamala yetmə, müstəqil həyat sürməyə başlama.
□□ Ərsəyə çatmaq - kamala yetmək, böyümək. [Dövlətlilər] boy atıb ərsəyə çatmamış alverə elə qurşanırdılar ki, .. heç birpeşə öyrənməyə də fikir verməyə macalları olmurdu. Ə.Əbülhəsən. Ərsəyə yetirmək (çatdırmaq) - böyütmək, yetişdirmək, ortalığa çıxartmaq. Ərsəyə yetmək (çatmaq) - böyümək, kamala çatmaq, müstəqil həyat sürməyə başlamaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ƏN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed