
ƏRSİNis. Xəmir işlərində və s.-də işlədilən dəmir kürəkcik şəklində alət. Təknədən xəmiri ərsinlə qazımaq. - Hər sözü təlim eləyir tərsinə; Dəyməz o bir paslı dəmir ərsinə. M.Ə.Sabir.
□□ Ərsinlə qazıyıb çıxarmaq - güclə, çox zəhmət çəkərək çıxarmaq, rədd etmək. [Mürşüd:] Yox, Sadıq, mənim arvadımı sən yaxşı tanımırsan, bir məsələ ki onun beyninə girdi, ərsinlə qazıyıb çıxarmaq olmaz. S.Rəhman. Paylaşın - Hamı bilsin
|