
ƏRZ-HAL [ər.] bax ərizə. Və qələm götürdüm, ərz-hal yazıb Tiflis qubernatoruna verdim. C.Məmmədquluzadə. Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi. Hətta onun anasının dilindən mərkəzə bir ərz-hal da yazmışdı. S.Hüseyn. [Ədalət:] Mən sənə xəbər göndərmişdim, nə üçün ərz-halını yazdırıb gətirməmisən?! Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|