ƏRZ2 is. [ər.] 1. klas. Təqdim etmə, önünə qoyma, göstərmə; izhar. □ Ərz etmək (qılmaq) - təqdim etmək. Daşə çəkmiş xəlq üçün Fərhad Şirin surətin; Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş. Füzuli.
köhn. dan. Söylənilən, nəzərdə tutulan fikir, söz, mətləb. Ərzimi başa düşmədin. Ərzimə mültəfit ol. Ərzimə qulaq ver. □ Ərz etmək (eləmək) - bildirmək, anlatmaq, məlum etmək, ifadə etmək. Əhvalatı ərz etdi. - [Həsən bəy:] Xeyr, Məşədi Ibad, ərz eylədim ki, çirkindir. Ü.Hacıbəyov. Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb birbaşa öz xozeyninin yanına gəldi və başına gələn qəziyyəni ərz etdi. S.M.Qənizadə. [Məşədi Qədir:] Bəli, ərz eləyirəm, yatmışıq, heç şeydən xəbərimiz yoxdur. T.Ş.Simurq. Ərz olsun... - məlum edirəm ki, nəzərinizə çatdırıram ki... (hörmətlə müraciət). Ərz olsun, məlaikələrpadşahının qızı bir birə olub, Qəmərin qoynuna girdi, onu sancdı. (Nağıl). Ərz olunmaq - deyilmək, anladılmaq, məlum edilmək, ifadə olunmaq. Acizanə şikayət, xahiş, rica. Ərzim var. Ərzimə qulaq as. - Mixək əkdim mərzə mən; Bağlamadım dərzə mən; Bivəfa yar əlindən; Kimə gedim ərzə mən? (Bayatı). Bizdən həqqə ərzlər yetirdin; Həqdən bizə müjdələr gətirdin. Füzuli. [Dilmanc:] ..Qoy ərzin qalsın sonraya və bu saat get, oğlun Süleymanı gətir nəçərnikin qulluğuna. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|