
ƏŞis. 1. Tay, bərabər, misil, bənzər. Yoxdur mənə göydə əş; Deyərkən, getdi sərkəş. Ə.Cavad.
2. Dost, yar, həmdəm, yoldaş. Mənim də var baharım; Çiçəklərim, günəşim; Qəlbim, ruhum, işarım: Tapındığım şux əşim. A.Şaiq. Söylədilər səni könlümün əşi; Həqiqətmi, o da xülyamı yoxsa? S.Vurğun. Ey dostluqdan yorulmaz mənim sevimli əşim; Sənə olan eşqimi söndürmədi illər də. N.Rəfibəyli. Paylaşın - Hamı bilsin
|