İzahlı lüğət

ƏSARƏT

is. [ər.] 1. Əsirlik, köləlik, qulluq; kölə, qul vəziyyəti. Əsarət zənciri. Əsarətdən qurtarmaq. - ..Zahiri əsarətdən xilas olduğumuz kimi, batini əsarətdən də xilas olmalıyız. C.Məmmədquluzadə.
məc. Qəfəs, zindan, dustaqlıq. Quş əsarətə çox tez alışdı. - Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət. Qaratoyuq əsarətə tez öyrənişir, sonra oxumağa başlayır, hətta onu tar ilə oxumağa öyrədirlər. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed