
ƏSATİRis. [ər. əsli yun.] Allahlar, əfsanəvi qəhrəmanlar və Yer üzündə insanların əmələ gəlməsi haqqında qədim xalq nağıl və əfsanələri; mifologiya. Zərdüşt haqqında əsatir. Yunan əsatiri. Iran əsatiri. Xalqın həqiqi tarixi, əfsanələr və əsatirlərin dumanları içərisində itib getmiş, hər şey şübhələrin paltarına bürünmüşdür. M.S.Ordubadi. Mən uymadım əsatirlər xülyasına; Səcdə qıldım insanlığın mənasına. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|