İzahlı lüğət

ƏSƏB

is. [ər.] anat. fiziol. 1. İnsan, ya heyvan orqanizmində təxərrüşləri periferiyadan beyinə, yaxud beyindən periferiyaya ötürən xüsusi incə tellərdən ibarət törəmə sistemi; sinir. Eşitmə əsəbi. Dişin əsəbini öldürmək. Görmə əsəbi. Iynə əsəbə toxunmuşdur. - Əsəb və yorğunluq onu elə haldan salmışdı ki, kətilin üstündə otura bilmədi. S.Rəhman.
2. Cəm şəklində: əsəblər - insanın hal və hərəkətini müəyyən edən həmin törəmələrin bir sistem kimi rolu. Əsəbləri möhkəmdir. Əsəbləri pozulmaq. Əsəbləri gərginləşdirmək. - Kağızı oxudu və bütün əsəbləri gərildi. H.Nəzərli. Çöl havasının təsiri ilə getdikcə acığı soyuyur, əsəbləri rahat olurdu. M.İbrahimov. Elə bil birisi əsəblərimin saplarını bir-birinə qarışdıraraq düyün salmışdı. Ə.Məmmədxanlı.
□□ Əsəblərinə təsir etmək (toxunmaq) hirsləndirmək, əsəbiləşdirmək. Lakin Toğruldan bir xəbər olmaması onun əsəblərinə toxunmuşdu. M.S.Ordubadi. Içərişəhərin damları üstündə yatanlardan bəzisi xoruldadıqca Turabın əsəblərinə toxunurdu. M.Hüseyn. Əsəbləri ilə oynamaq - bax əsəblərinə təsir etmək (toxunmaq).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed