
ƏSƏR-ƏLAMƏT bax əsər 1-ci mənada. Əsər-əlamət qalmamaq - heç bir izi, təsiri qalmamaq. Gündüzkü buluddan, çiskindən heç bir əsər-əlamət qalmayıb. R.Rza. Nə keşikçilərdən, nə qapıçılardan, nə də sair xidmətkarlardan əsər-əlamət yox idi. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|