
ƏSGƏRLİKis. Hərbi qulluq, hərbi xidmət, hərbi mükəlləfiyyət. Əsgərlik adamı intizama öyrəşdirir. Əsgərlik illəri. Əsgərlikdən qayıtmaq. - Ax, əsgərliyə o qədər həvəsim var ki? H.Nəzərli. [Xanmurad:] Əsgərliyə gedən kimi arvadını boşayıb qıza elçi göndərdik. İ.Əfəndiyev. Əsgərliyə gəldiyi gün qucağında körpə Aslan, boynunu bükərək onun dalınca su atan Zəhra Cavadın yadından heç çıxmırdı. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|