
ƏŞİnida. “A kişi” sözünün canlı dildə işlənən ixtisar şəkli olub, yerinə görə etinasızlıq, narazılıq, yaxud təkid və s. hissləri ifadə edir. Əşi, tez ol da! Əşi, mən nə bilim. Əşi, o da yoldaşdır! Əşi, qoy getsin! [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığımyağa batar... Ü.Hacıbəyov. [Hüseyn:]
Mən nə bilim, əşi, onun qolu necə olub?.. S.Rəhman. [Qulu:] Əşi, o açarları bir bəri gətir. İ.Əfəndiyev. [Camal:] Əşi, ay Nəbi dayı, indidən niyə toyuq təkin hinə girmisiniz? Günün qulağı təzə batıb ki. Ə.Abasov. Paylaşın - Hamı bilsin
|