
ƏSİM-ƏSİM əsim-əsim əsmək - bərk titrəmək. Əynində paltarı əsim-əsim əsir. Hirsindən əsim-əsim əsmək. - [Telli:] Bədənim əsim-əsim əsir.. Heç əqlimə gəlməyən işə düşmüşəm. N.Vəzirov. Körpünün tiri o tərəfi-bu tərəfdən görsənir. Hər dəfə yeni dalğalar ona toxunduqda əsim-əsim əsirdi. Ə.Vəliyev. Əsim-əsim əsirdi. Katibə tapşırdı ki, Vahidin dediyini bir yerə yazıb saxlasın. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|