İzahlı lüğət

ƏSİRGƏMƏK

f 1. Rəhmi gəlib qorumaq, saxlamaq, hifz etmək, himayə etmək. [Səlim qızı:] Ulu tanrım, sən bu yetim yavrucuğu əsirgə!.. C.Cabbarlı. [Orxan:] İsmət! Allah əsirgəsin, nədir bu halət? H.Cavid.
2. Qıymamaq, qıyıb verməmək, heyfi gəlmək, xəsislik etmək, qızırqamaq. Şeylərini çox əsirgəyir. - Dağlar sənin ilə həmdəm olmaya; Əsirgərsən indi qarı da məndən. Qurbani. [Xudayar bəy:] Bax, ey qazı ağa, .. mən məlun adamam əgər başımı da sənin yolunda əsirgəyim. C.Məmmədquluzadə. Camaatdan ötrü, doğrudan, Qurbanqulu heç bir şeyin əsirgəmədiyi kimi, canından belə keçməyə hazır idi. T.Ş.Simurq. // Qənaət etmək, qənaətlə işlətmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed