İzahlı lüğət

ƏSİRLİK

is. 1. Əsir düşmüş adamın hal və vəziyyəti, bu vəziyyətdə keçirilən həyat. Əsirlikdən qayıtmaq. Əsirlikdə olmaq. Əsirlik həyatı. - [Şofer:] Qardaşımdan əlimi üzmüşdüm. ..Sən demə, partizan olubmuş. Əsirlikdən qaçıb, düz iki il vuruşub.. M.Hüseyn. ..”Əsir” sözünün özü, “əsirlik” məfhumunun özü dəhşətlərin ən böyüyü idi. Ə.Əbülhəsən.
2. Köləlik, qulluq, məhkumluq, dustaqlıq, əsarət. Əsirlik həyatı. Əsirlikdən qurtarmaq. - [Bədəl:] Bircə qeydim bacımın əsirlikdən qurtarmasıdır. Ə.Haqverdiyev.
O, heç bir vaxt əcnəbi himayəsində qazanılan istiqlalın əsirlikdən ibarət olduğunu anlamır. M.S.Ordubadi. [Elxan:] Lakin kim bilir, yazıq Solmaz indi əsirlikdə nələr çəkir. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed