İzahlı lüğət

ƏSKİ1

sif 1. Keçmiş, köhnə. Əski adətlər. Əski qayda və ənənələr. Əski moda. Əski üsullarla işləmək olmaz. - Zeynal əski bir şkafı köndələn qoymaqla şüşəbəndi ikiyə bölmüş, açıq qalan yerinə də bir pərdə asmaqla Səlimi öz ailəsindən ayırmışdı. S.Hüseyn. Hər əski ənənə, hər əski adət; Məhəbbət, iztirab, gülüş, qiyafət: Məncə, bıqdırırdı bəşəri hər an. S.Vurğun. // Köhnəlmiş, yıpranmış, xarab olmuş. Əski şeylər. Əski paltar. Əski bir bina.
Qədim, keçmiş dövrlərə aid. Bu yerlərin əski əhalisi. Olmüş əski dillər. Əski dinlərin qalıqları. Əski abidələr. - Bu əski əfsanə gülünc olsa da; Qalmış əsrlərcə qoca yadigar. S.Vurğun.
Çoxdankı, köhnə. Əski dost. - [Nadir] bir cəhətdən də [Məcidin] gəlməsinə və əski yoldaşı ilə görüşməyinə şad idi. B.Talıblı. Bu gün mən başqa bir dünyaya çıxdım; O əski, lap əski qərargahımdan. S.Vurğun.
Təcrübəli, qocaman. Əski müəllim. Əski usta. Əski həkim. - [Möhsünzadə] yenə Zeynalın vəziyyətinə girmək, ona bir az yardım etmək istəyirdi. Hər necə olsa o, əski bir işçi idi. S.Hüseyn. // Yaşlı. Əski adamdır, cavan görünməsinə baxma.
□□ Əski hamam, əski tas - heç bir şey
dəyişməyib, köhnə halında qalmışdır. Əski hamamdır, əski tas, bəs yeni rənginiz hanı? Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ! M.Ə.Sabir. [Surxay Aydına:] Sənin isə düşündüyün fədəm-dəmə, istəklərin damdan-dama, etdiklərinə gəlincə, əski tas, əski hamam. C.Cabbarlı. [Azər:] Artdıqca bilgilər, artır ehtiras; Heç fərqi yox - əski hamam, əski tas. H.Cavid. Əski qapı, əski daban - b a x əski hamam, əski tas. Qəzetçi, molla yazığın ağzını lap ovuşdurub; Indi yazır əski qapı, əski dabanı birbəbir. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed