
ƏSKİLTMƏKf. 1. Əskik etmək, azaltmaq. Lampanın işığını bir az əskilt. Sürəti əskiltmək. Tələblərini əskiltmək. - Səlim bəy qazancını əskiltmək üçün işçilərin zəhmət haqqını azaltmağa başladı. H.Nəzərli. // Gödəltmək, qısaltmaq. Paltarın ətəyindən əskiltmək lazımdır.
məc. Hörmətdən, nüfuzdan salmaq, alçaltmaq. Bu hərəkət kollektivin yanında onu çox əskiltdi. Paylaşın - Hamı bilsin
|