
ƏSNAis. [ər.] Vaxt, zaman, an. Bu əsnada küçədə hay-küy qalxdı. - Bu əsnada yaxındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. A.Səhhət. [Mirzə] .. söhbət əsnasında cibindən qozdan, findıqdan, kişmişdən çıxarıb ortalığa tökərdi. Ə.Haqverdiyev. Bu əsnada qapı ehmal açıldı, içəri on yeddi-on səkkiz yaşlarında, qırmızıyanaq, burnunun dəlikləri geniş bir gənc girdi. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|