
ƏŞRAFis. [ər. “şərif” söz. cəmi] köhn. Əyanlar, nüfuzlu adamlar, kübarlar. Ərkanidövlət, üləma, .. əyan və əşraf və ərbabimənasib otağın qabağında səf çəkib əl-əl üstə durdular. M.F.Axundzadə. Bütün əşraf ikən qızın vurğunu; Bəbir xan kimsəyə vermədi onu. H.Cavid.
Paylaşın - Hamı bilsin
|