
ƏŞYAis. [ər. “şey” söz. cəmi] 1. Şeylər. Ev əşyası. - Nişandan toya qədər qız evi qıza veriləsi cehiz əşyasını tədarük etməklə məşğul olur. R.Əfəndiyev. Məsmənin otağı ev əşyasından tamamilə boş imiş. S.Hüseyn. Səttarxan Tehrana köçdükdə ev əşyasını aparmamışdı. M.S.Ordubadi. [Qadir] bütün süslü-bəzəkli əşyasını bir boğçaya bağladı və hamamçıya tapşırdı. H.Sarabski.
fəls. Hiss orqanları tərəfindən qavranılan hər hansı bir konkret maddi hadisə, şey, obyekt. Əşya ilə onu ifiadə edən söz arasında əlaqə. - [Divanə:] Məncə həm mahiyyəti-əşya bütün; Başqa rəng almaqdadır guya bu gün. H.Cavid. □□ Əşyayi-dəlil hüq. - müttəhimin günahkar olub-olmadığını sübut edən hər hansı bir şey, maddi sübut. Məhkəməyə əşyayidəlil təqdim etmək. Paylaşın - Hamı bilsin
|