
ƏTALƏTis. [ər.] Hərəkətsizlik, fəaliyyətsizlik, süstlük, boş durma; tənbəllik. Həvəs sövq eylər insanı həyatə; Ətalət cəlb edər şəxsi məmatə. M.Ə.Sabir. Qəlyan xoruldadıqca yuxuya bənzər qəribə bir ətalət [Hikmət İsfahaninin] bütün bədənini bürüyürdü. M.İbrahimov. Isti və bürkü adamlarda tənbəllik, ətalət əmələ gətirmiş və onlar harada isə gizlənmişdilər. S.Rəhman. □ Ətalət basmaq - tənbəllik basmaq, işləməyə, hərəkət etməyə həvəsi olmamaq, tənbəllik etmək.
Paylaşın - Hamı bilsin
|