ƏTİRLİsif. 1. Özündən ətir saçan; rayihəli. Ətirli çiçəklər. Ətirli otlar. - Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər. S.S.Axundov. Sizi bir elçimi göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli. Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən .. hörülmüş çələnglər qoydular. M.Rzaquluzadə. // Xoşiyli, gözəl iyi olan. Ətirli alma.
Doğrudan da, tütün çox ətirli .. idi. M.Rzaquluzadə. Ətir vurulmuş, ətirlənmiş. Ətirli yaylıq. Ətirli saç. Paylaşın - Hamı bilsin
|