
ƏTLİsif 1. Ətcə dolğun; kök, ətli-canlı. [Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. Çırağın tutqun işığında [Qaragünənin] iri, ətli üzündəki çopurlar daha dərin görünürdü. M.Rzaquluzadə. // Yaxşı, bol əti olan. Ətli qoyun.
Üstünü, yanlarını ət basmış. Ayrım qızı kiçik, qumral və yanları ətli gözləri ilə gülümsəyərək dedi: - Qoy istədiyi qədər şikayət eləsin. A.Şaiq. // Qalın. Carçıyev ətli, qırmızı dodaqlarını yayıb qımışdı. İ.Hüseynov. Ətdən hazırlanmış, içərisində ət olan. Ətli xörək. Ətli dovğa. məc. dan. Varlı. Paylaşın - Hamı bilsin
|