
ƏTVARis. [ər. “tövr” söz. cəmi] Davranış, adamlarla münasibət. Cəhd eylə, sən ancaq nəzəri-xalqda pak ol; Məxluqu inandır; Xasiyyətin od olsa da, ətvarda xak ol; Sök, aləmi yandır. M.Ə.Sabir. Bahadırın gözəl əxlaq və ətvarına görə yoldaşları onu çox sevirdilər. N.Nərimanov. [Çadırçı usta:] Buna bax, halına, ətvarına bax; Sanki zəncirini qırmış dustaq. H.Cavid.
Paylaşın - Hamı bilsin
|